“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Quba və Qusar sakinlərini qəbul edib. Bu barədə ShimalNews 29 iyul tarixində məlumat verir.
Görüş Quba rayonunda yerləşən Heydər Əliyev mərkəzində keçirilib. Burada vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.