Qubada quraşdırılan yol nişanları müzakirələrə səbəb olublar.
Bu barədə Shimal.News-a danışan yerli sakinlər bildiriblər ki, işarələr ard-arda təkrarlanır. Sürücülərə bunun səbəbinin maraqlı olduğunu bildiriblər.
Bir müddət öncə eyni hal Bakı-Şamaxı yolunda da müşahidə olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlı q gətirərək bildirib ki, köhnə, istismar vaxtı bitmiş nişanlar yeniləri ilə əvəzlənir. Quraşdırmanı və demontajı fərqli qruplar həyata keçirdiklərinə görə, bəzi yerlərdə proses ərzində müvəqqəti təkrarlanma halları müşahidə olunur.