top
İkinci Dünya müharibəsinin iştirakçılarına maddi yardım veriləcək
03 may 2024, 16:25
- ↺ +

İkinci Dünya müharibəsinin iştirakçılarına maddi yardım veriləcək

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. Bu haqda ShimalNews 3 may tarixində məlumat verir.

İlham Əliyevin imzaladığı Sərəncama əsasən:


  • 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində,

  • müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000  manat məbləğində yardım veriləcək.


Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:40

Qusarda 3 yaşayış məntəqəsinin su təchizatı yaxşılaşdırılacaq

Hadisə
Bu gün, 16:05

"Şirvangöl" şadlıq sarayında saxta araq verilirmiş

Cəmiyyət
Bu gün, 15:30

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

Cəmiyyət
Bu gün, 14:55

Xaçmazda 10-dan çox kənd işıqsız qalıb

İdman
Bu gün, 14:30

Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq

Cəmiyyət
Bu gün, 13:42

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarını ziyarət ediblər

Hadisə
Bu gün, 13:16

Şəkidə dalaşanları ayırana "kəllə vurdular"

İdman
Bu gün, 12:30

Qızlardan ibarət U-20 voleybol millimiz Qubada hazırlıq keçir

Cəmiyyət
Bu gün, 11:48

Qaxda 7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Bu gün, 11:15

Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlamalara başlanılıb

Cəmiyyət
Bu gün, 10:53

Şəkidə V Beynəlxalq Teatr Festivalı başlayıb

Cəmiyyət
Bu gün, 10:25

Şimalda iki rayonun bir dərdi – VİDEO

Hadisə
Bu gün, 10:16

Şəkidə dalaşanları ayırana "kəllə vurdular"

Cəmiyyət
Bu gün, 09:30

Nabranda 1 kilometrlik yola illərdir çarə tapılmır – VİDEO

Cəmiyyət
Bu gün, 09:05

İki dəfə yaralandı, amma döyüş meydanını tərk etmədi

Cəmiyyət
Bu gün, 09:00

Şabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 6-cı günü: XRONİKA

İdman
Dünən, 17:58

Vüqar Kərəmov: "Əsas istəyim UFC-də çıxış etməkdir"

Cəmiyyət
Dünən, 17:00

Şollar su kəmərinin başlanğıcında su problemi: sakinlər 10 aydır susuz qalıb

Cəmiyyət
Dünən, 16:15

Xaçmazın bir sıra kəndlərində qaz kəsiləcək

Hadisə
Dünən, 15:10

Zaqatalada zəlzələ olub

İdman
Dünən, 14:50

AFFA "Şəki"ni cərimələdi

Hadisə
Dünən, 14:10

Rusiya-Ukrayna müharibəsində həlak olan Zaqatala sakininin fotosu

Cəmiyyət
Dünən, 13:30

Yüksək dağlıq ərazilərə qar yağacaq

Oxşar xəbərlər