Xaçmaz rayonunda kiçik göldə baş verən faciəvi hadisə ilə bağlı yeni detallar məlum olub.
Shimal.News-un yerli mənbələrdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində sudan çıxarılan meyit Xaçmaz morquna aparılıb.
Meyitin üzərində hər hansı xəsarət izləri aşkar edilməyib. Hadisə Quba-Xaçmaz yolundakı “İntizar” şadlıq sarayının yaxınlığında yerləşən və eyni sahibkara məxsus restoranla əlaqəli olan göldə baş verib.
İddialara əsasən, şəxs hasarla əhatələnmiş kiçik gölə icazəsiz şəkildə daxil olub və orada suya düşərək həyatını itirib. Onun hadisə zamanı sərxoş vəziyyətdə olduğu ehtimal edilir.