Qusar rayonunun Kuzun kəndində 2 üçotaqlı fərdi yaşayış evinin tikintisi üçün açıq tender elan edilib. Bu haqda ShimalNews 30 aprel tarixində “FED.az”a istinadən məlumat verir.
Tender Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tərəfindən keçiriləcək. Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir. Zərflər 24 may tarixində açılacaq.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Cəfərov Rəşad, sektor müdiri.
Email : [email protected], əlaqə telefonu : 5122264