Quba şəhərində yanğın baş verib. Bu haqda ShimalNews 15 avqust tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları alışıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.