Quba rayonunda kiçikhəcmli gəmi istifadəçiləri təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriliblər. Bu barədə ShimalNews 1 iyul tarixində məlumat verir.
Tədbir 2-ci Nüğədi kəndində təşkil edilib. Təlimdə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Sürücülər kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.