top
Ərdoğan Azərbaycana gəlir
05 sentyabr 2025, 13:49
- ↺ +

Ərdoğan Azərbaycana gəlir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.

Modern.az-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partisyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

12-ci Zirvə Toplantısı hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün  6-7 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.

Şamil Ayrım qeyd edib ki, Ərdoğan səfər zamanı Qəzzadakı vəziyyət barədə müzakirələr aparacaq: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında da bu məsələni gündəmə gətirdi. Sentyabrda BMT-nin topantısı olacaq. Cənab Prezident bu məsələni orada da yüksək səslə dilə gətirəcək".

Şamil Ayrımın sözlərinə görə, Zəngəzur dəhlizi gündəmin əsas mövzusu olacaq: "Qafqazda dialoq mühiti davam edir. Xüsusilə də, Ermənistanla Azərbaycan arasında dialoq, ABŞ-nin məsələyə daxil olması, Türkiyənin burada mühüm rol oynaması - bütün bunlara baxdıqda təbii ki, gündəmdə olacaq mövzuları içərisində Zəngəzur dəhlizi olacaq. Azərbyacan-Türkiyə əlaqələrinin gəldiyi nöqtədə danışılacaq. Bunlar gündəmdəki təməl məsələlərdir".

O deyib ki, Türkiyə üçün ən önəmli məsələ Türk Dövlətləri Təşkilatının daha da güclənməsidir.

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına çox böyük önəm verir. Burada gündəmə gələcək əsas mövzulardan biri Şimali Kipr Türk Respublikası ilə bağlı məsələ də ola bilər. Şimali Kiprdə oktyabrın 19-da seçkilər keçiriləcək. Bu seçkilərə Türkiyə önəm verir. Biz Prezident kimi Ersin Tatarı dəstəkləyirik. Pakistan-Hindistan məsələsi, ümumiyyətlə regional məsələlərin həlli istiqamətində Türk Dövlətləri Təşkilatı bundan sonra çox effektiv rol oynaya bilər".

Ş.Ayrım vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında ikitərəfli görüş də baş tutacaq:

"İkili təmaslar da mütləq olacaqdır. Çünki həm cənab Rəcəb Tayyib Ərdoğan, həm də cənab İlham Əliyev getdikləri hər beynəlxalq toplantıda mütləq təkbətək görüşlər keçirirlər. Bu, artıq təbii haldır. İkili görüşlərdə TDT-nın öz gündəmində olan mövzular var. Ortaq əlifba razılaşdırıldı, bunun həyata keçirilməsi, ilin sonuna qədər ortaq tarix məsələsi var. TDT-nin maliyyə quruluşu və Zəngəzur dəhlizi danışılar. Çünki Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın təbbi qaynaqlarının dəhliz vasitəsilə digər dövlətlərə axması önəmlidir. Bütün bunlar danışılar. Bölgədəki ziddiyyətlərin aradan qaldırılması üçün dövlətlərin üzərinə düşənlər də müzakirə ediləcək".

Son xəbərlər

Hadisə
Bu gün, 11:54

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Oxşar xəbərlər