top
Elçilikdə rədd cavabı alıb maşınla ana və qızını vuran bəylə bağlı DETALLAR
27 yanvar 2025, 21:59
- ↺ +

Elçilikdə rədd cavabı alıb maşınla ana və qızını vuran "bəy"lə bağlı DETALLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Shimal.News-un məlumatına görə, 24 yaşlı A.Kərimova və 54 yaşlı T.Əskərova işdən gələrkən onları avtomobil vurub. Məlum olub ki, onları vuran şəxs bir gün əvvəl elçilikdə rədd cavabı alan Araz adlı şəxsdir.


Ailə başçısı Bəhərçin Kərimov baş verən hadisə ilə bağlı təfərrüatı Shimal.News-la bölüşüb:

"Elçi gəlmişdilər, qızı vermədik. Növbəti gün uşaqlar işdən gələndə maşınla qəsdən vurub. Elçilikdə rədd cavabı aldığı üçün belə bir addım atıb. Onlar bizim ailəyə uyğun olmadıqları üçün qızı vermədik.
Bundan əvvəl də dəfələrlə qız qaçırıb. Kirayə məsələsi vardı. Ailə üzvlərimizə ev lazım idi. Dedilər gəlin, boş evimizdə qalın. Gedib qaldıq. Qızı vermədik deyə dava saldılar, həmin evdən də çıxardılar.
Hadisə arvadım və qızım işdən gələndə olub. Yolda rastlaşıblar, maşını üstlərinə sürüb, qızı vuranda həyat yoldaşım övladımı yan tərəfə itələyib ki, ciddi xəsarət almasın.
Bununla da kifayətlənməyib, avtomobili arxaya sürüb arvadımı da vurub. Bu adam cəzalandırılmalıdır”.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkimi Mehdi Həsənov zərərçəkənlərin aldığı xəsarətlərdən həyati təhlükəsi olmadığını bildirib:

“Yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə 2 nəfər xəstə daxil olub, ana və qızı. Qadının çanaq nayihəsi əzilib, qızında isə, sağ tərəfdən bel nayihəsi əzilib. Xəstələrə müvafiq tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Məsələyə Xaçmaz Rayon Polis Şöbəsində hüquqi qiymət veriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Hadisə ilə bağlı ekspertiza təyin edilib. Hazırda araşdırma aparılır”.

Son xəbərlər

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Oxşar xəbərlər