İsmayıllı rayonunun gəncləri üçün düşərgə təşkil edilir. Bu haqda ShimalNews 16 avqust tarixində məlumat verir.
"Yaşıl dünya üçün yaşıl bacarıqlar" adlı düşərgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək. Layihə zamanı 16-29 yaş aralığında olan gənclər təbiətin mühafizəsi və qorunması ilə tanış olacaqlar. Onlar ekoturlara qatılacaq, praktiki təlimlərdə iştirak edəcəklər.
Qeydiyyat üçün link.