Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. Bu barədə ShimalNews 5 iyul tarixində DSX-ya istinadən məlumat verir.
İyunun 12-də saat 20:32-də “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları tutulublar. Onların 27 yaşlı Khermaza Bachir Hamza və 21 yaşlı Chettouh Mohamed Abdelghani olduqları bəlli olub.
Onlar dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqlarını bəyan ediblər.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.