Quba şəhərində “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə keçirilib. Bu haqda ShimalNews 10 iyul tarixində məlumat verir.
Tədbirdə iş axtaran və işsiz şəxslərə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Öz kiçik biznesini qurmaq istəyən şəxslərə isə müvafiq tövsiyələr verilib.