İsmayıllı şəhərində əmək yarmarkaları təşkil olunacaq. Bu haqda ShimalNews 3 avqust tarixində məlumat verir.
Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutan tədbir H.Əliyev parkında avqustun 8-də saat 10:00-da keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.