Quba və Qusar rayonlarında təhsil müəssisələrinin rəhbərləri təlimə qatılıblar.
“ShimalNews” Quba-Xaçmaz Regional Təhsil İdarəsinə (RTİ) istinadən xəbər verir ki, görüş zamanı məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə tanış olublar.
Tədbirin təşkil edilməsində məqsəd Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində əmək münasibətlərinin tənzimlənməsi barədə rəhbərləri məlumatlandırmaq olub. Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və lazımi tövsiyələr təqdim edilib.