İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “ShimalNews”a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Eldar Abbasov və Əcəb İsmayılovdan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydalara uyğun qulluq etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
