Dövlət Gömrük Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 16 iyun tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Bu gün gömrük xidməti general-leytenantı Şahin Bağırov Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə sakinlərin müraciətləri dinlənilib. Onlar, əsasən, işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələlərini səsləndiriblər.