Xaçmaz sakini intihara cəhd edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam Xaçmaz dəmir yolu stansiyasının ərazisində baş verib. Qadın özünü öldürmək üçün relslərin üzərindəki yerüstü keçidə çıxıb və özünü oradan qatarın qarşısına atmaq istəyib. Ərazidə olan polis əməkdaşları bu əməlinin qarşısını alıblar.
Qadının hansı səbəblə özünü öldürmək istəməsi isə hələlik bəlli deyil.