Xaçmaz Xalq Teatrı bu ilin son həftəsində tamaşaçıların qarşısına maraqlı səhnə əsəri ilə çıxacaq.
Shimal.News xəbər verir ki, "Buratinonun yeni il macəraları" adlı yeni tamaşa izləyicilərə təqdim ediləcək. Əsərin rejissoru İlham Tağıyev, ssenari müəllifi müəllifi isə Nəzər Mirzəyevdir.
Seanslar dekabrın 25-dən 31-dək, hər gün 12:00 və 15:00-da nümayiş etdiriləcək.