Qarşıdan gələn 2025-ci ilin fevral ayında müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulub.
Shimal.News xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.
İlk olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlər imtahan olunacaq. Sonra isə ilin sonunadək Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılıb.