Şimal bölgəsində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti yağıntıların miqdarını açıqlayıb: Oğuz, Qəbələdə 4, Balakən 3, Şamaxı, Zaqatala, Şəki, İsmayıllı, Qusar, Şabranda 1 mm olub.
Qar örtüyünün hündürlüyü isə Qaxda (Sarıbaş) 6, Qrızda (Quba) 5, Altıağac, Xaltanda 1 sm qeydə alınıb.