Ölkəmizdə genişmiqyaslı meşəbərpa tədbirləri keçirilib və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilib.
Shimal.News xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları ilə birgə keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir gün ərzində Xaçmaz, Şabran, Sabirabad, Bərdə, Şamaxı, Zaqatala, Şəki, Qax, Qəbələ, Masallı, Lənkəran, Qazax, Şəmkir, Beyləqan və Göygöl rayonlarının ümumilikdə 13 ha meşə fondu torpağının açıq və seyrək ərazilərində 21 mindən artıq Eldar şamı, Şərq çinarı, göyrüş, dəmirağacı, palıd və cökə tingləri əkilib.