top
Binalara yeni nəfəs verən xaçmazlı rəssam ilə ÖZƏL MÜSAHİBƏ
16 noyabr 2024, 09:35
- ↺ +

Binalara yeni nəfəs verən xaçmazlı rəssam ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bütün dünyanın gözünün Bakıda olduğu zamanda ölkəmiz divarda çəkiliən təbiət rəsmləri (qraffiti) ilə yenidən gündəmə gəlib. Bu əsərlərin müəllifi isə rəssam Cavidan Rəhmətovdur.

Bakuplus.az-ın əməkdaşı divar rəssamı Cavidan Rəhmətovla həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

– Cavidan bəy, öncə özünüzü təqdim edin.

– 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşam. Xaçmaz rayon Uşaq İncəsənət Məktəbinin yetirməsiyəm. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsiyəm. Təhsillə əlaqədar Bakı şəhərində yaşayıram. Rəsmi çox sevirəm, uzun müddətdir ki, bu sahə ilə məşğulam.

– Rəssamlığı seçməyinizdə kiminsə təsiri olub?

– Xeyr, tək öz qərarım olub. Çünki uşaqlıq arzum idi.

– Maraqlıdır, ailəniz bu qərarınızı necə qarşıladı?

– Düzünü desəm, ailəm bu sənətə yiyələnməyimə razı deyildi. Çünki mənə bu sənətdən xeyir tapmazsan deyirdilər. İstəmirdilər bu sahəni seçim. Amma mən dinləmədim. Öz arzumun ardınca getdim. Heç kimin köməyi olmadan bu sahə barədə maraqlandım. Axtarış etdim, sıfırdan öyrəndim. Öz əməyimlə bu yerə gəldim çıxdım. Artıq uğurlarımı gördükdən sonra dəstək olmağa başladılar. Yəni uğurlar arzuladılar (gülür).

– Rəsm sahəsində çalışmağa necə qərar verdiniz?

– Rəssamlığa uşaqlıqdan marağım olub. Zaman keçdikcə rəsm istiqamətində öz üzərimdə çox işləmişəm. Marağım olduğu üçün heç zaman mənə yorucu gəlməyib. Daha çox axtarıb, daha çox bilik qazanmaq istəmişəm.

– Neçə ildir qraffiti ilə məşğulsunuz?

– Artıq 8 ildir. Bir çox ərazilərdə sifariş əsasında divar rəsmləri çəkmişəm.

– İlk əl işinizi harada, hansı divarda olub?

– İlk əl işim Xaçmaz rayonunda olub. Düzünü desəm, bu rəsm divar yox, bir kafedə baş tutub. Sifariş əsasında çəkmişəm. O zaman 21 yaşım var idi.

–  Paytaxtın əsasən hansı ərazilərində şəkillər çəkmisiz?

– Vallah, saymamışam. Amma indiyə qədər tək Bakıda 100-ə yaxın divar rəsmi çəkmişəm. Əsasən, mərkəz hissələrdə olub. Tam yerlərini xatırlamıram, çünki çəkdiyim yerlər çox olub. Restoran, kafe sahiblər, icra başçıları şəkil çəkməyim üçün müraciət edirlər.

– Çəkdiyiniz şəkillərin hansı tərz olmasını sifarişçi deyir, yoxsa siz özünüz qərar verirsiniz?

– Bəli, sifarişlər əsasında rəsm çəkirəm. Çox zaman mənim öz fikrimə buraxırlar. Çünki rəssamın düşüncəsi ilə ərsəyə gələn rəsm əsəri daha yaxşı olur. Amma sifariş əsasında da birə-bir hazırladığım rəsmlər olur.

– Deyirlər, bu sahədə gəlir yoxdur. Sizdə necə, qazana bilirsinizmi?

– Bəlkə də yanlış düşünürəm. Amma bu sahədə gəlirə görə işləmək düzgün deyil. Yəni mən heç zaman gəlir üçün çalışmamışam. Rəsm çəkməyi, divar sənəti düzəltməyi çox sevirəm. Buna görə də gələn hər təklifi sevə-sevə qəbul edirəm. Sifariş daha göz oxşayan olacaqsa, orda gəlir düşünmürəm.

Amma ümumi desəm, gəlirim normaldır. Bu sahə yeni yarandığı üçün təzə-təzə sifariş artır. Ən gözəli isə bu divar rəsmlərini çəkmək üçün xarici rəssamlara yox, öz gənclərimizə müraciət edirlər.

– Vətən müharibəsində iştirak etmisiniz. Bu sizin yaradıcılığınızda hansı iz buraxıb?

– Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin fəal iştirakçısı olmuşam. Göstərdiyim şücaətə görə üç medalla təltif edildim.

Müharibə mənim yaradıcılığıma da təsir edib. İndi əsərlərimdə vətənpərvərlik mövzusuna xüsusi yer ayırıram. Bütün xaçmazlı şəhidlərin portretlərini çəkmişəm. Şəhidlərin xatirəsinə tikilən bulaq kompleksinin divarlarında təsvir etdiyim şanlı Qələbəni tərənnüm edən əsər böyük rəğbətlə qarşılanıb.

– COP29-da çəkdiyiniz şəkillərlə yenidən gündəmə gəlmisiniz. Bu sizə təklif olundumu? Yoxsa özünüz könüllü olaraq müraciət etdiniz?

– Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətin başçısı tərəfindən mənə təklif gəldi. Mən də sevə-sevə qəbul etdim. COP29-a görə yaşıl dünya naminə rəsm hazırladım. Divarda təbiətin qorunması ilə bağlı fikir əks edildi. Elə adı da çox sadə, “Təbiətimizi qoruyaq” oldu.

Rəsm əsərləri çox qısa bir müddətdə ərsəyə gəlib. 2-3 gün ərzində çəkib bitirdim.

– Bizdə küçə sənəti yeni-yeni yaranmağa başlayır. Bu barədə fikirləriniz nədir?

– Bəli, küçə sənəti bizdə yeni yaranıb. Mən çox istəmişəm ki, həmişə Bakıda böyük binalar üzərində rəsmlər işlənilsin. Məncə, insanlar bu rəsmləri xoş qarşılayır, fərqlilik olaraq görür. Birgə layihə hazırlamaq istəyirəm bununla bağlı. Düşünürəm ki, belə rəsmlər ölkəmizə turistik cəhətdən marağı artırar.

– Divar sənəti ilə bağlı qarşıdakı planlarınız nədir?

– Divar sənətini paytaxtda və bölgələrimizdə inkişaf etdirməyi planlayıram. Daha çox insana bu sənəti tanıtmaq istəyirəm. Əsasən, heykəltəraşlıq üzərində işləməyi düşünürəm. Digər təhsilimi xaricdə almağı planlamışam.

 

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Oxşar xəbərlər