top
Beşbarmaqda arxeoloqlardan mühüm kəşf
31 yanvar 2026, 16:40
- ↺ +

Beşbarmaqda arxeoloqlardan mühüm kəşf

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beşbarmaqda qədim karvansara aşkarlanıb.

Shimal.News xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin "Mədəni İrsin Qorunması və İnkişafı" şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır:

"Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir".

"Beşbarmaq arxeoloji ekspedisiyası"nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası" şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib.

S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansaranın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb:

"İlkin qazıntılarla karvansaranın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansara olduğunu bir daha təsdiq edir".

Qeyd edək ki, XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Aleksandroviç Paxomov son dəfə bu karvansaranın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər