Baş prokuror Kamran Əliyev mayın 14-də İsmayıllı sakinləri ilə görüş keçirəcək. Bu barədə ShimalNews 7 may tarixində məlumat verir.
Tədbir Göyçayda saat 10:00-da baş tutacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Göyçay rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
İştirak etmək istəyənlər Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.