Abşeron rayonunun Xırdalan şəhəri ərazisində bədbəxt hadisə baş verib.
İqtisadiyyat.az-ın məlumatına görə, 29 yaşlı Anar İsa oğlu Nastakalov 3-cü mərtəbənin eyvanından yıxılaraq ölüb.
Balakən rayon sakini olan A.Nastakalovun “Yasmin” yaşayış kompleksində fəhlə işlədiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.