Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Shimal.News xəbər verir ki, müraciətləri MSK-nın katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Baxşeyiş Əsgərov təqdim ediblər.
Qeyd edilib ki, müraciətlərdən biri də 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) seçki dairəsi üzrədir.
MSK-nın qərarına əsasən, 58 saylı Xaçmaz kənd (Xudat bələdiyyəsi) üzrə müraciət isə müraciətetmə müddətinin ötürülməsi səbəbindən ərizəçiyə geri göndərilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.