top
Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər
20 fevral 2025, 17:08
- ↺ +

Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda elə kəndlər var ki, onların sakinlərinin sayı bir əl barmağını keçmir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə cəmi 1 nəfərin yaşadığı 3 kənd mövcuddur.

Əhalinin 2019-cu ildə keçirilmiş siyahıyaalınmasının nəticələrinə əsasən, Neftçala rayonunun Kürdili kəndi, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndlərinin hər biri cəmi bir sakindən ibarətdir.

Bundan başqa, əhalisi 5 nəfər və daha az olan daha 7 kənd var. Onların sırasına İsmayıllı rayonunun Dahar və Keşxurd kəndləri (hər birində 4 nəfər), Neftçalanın Qızqayıtlı kəndi (2 nəfər), Ağsunun Kövlüc kəndi (4 nəfər) və Xızının Güneyqışlaq kəndi (5 nəfər) daxildir.

Əhalinin azalması və kəndlərin boşalması müxtəlif səbəblərlə izah olunur. Bəzi ekspertlər kiçik kəndlərin birləşdirilməsini təklif edir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.аz-a açıqlamasında bildirib ki, kiçik kəndlərin birləşməsi dövrün tələbidir və bu istiqamətdə işlər gedir. Statistikaya əsasən, bu gün bəzi rayonların kəndlərində 1,5,10 və s. insan yaşayır:

"Halbuki, vaxtilə insanlar burada yaşayıb-yaradıb. Lakin zamanın tələbi dəyişdi. Artıq həmin kəndlər yaşayış üçün əlverişli deyil. Bunun üçün də həmin kəndlərin birləşdirilərək, yenidən bərpa edilməsi vacibdir. Dövlət bu istiqamətdə layihələr hazırlayır. Məsələn: Lerikin 167, Laçının və Kəlbəcərin də 100-dən artıq bu cür kəndləri var".

Deputat deyib ki, bu kəndlərin çoxu dağlıq ərazilərdə yerləşdiyi üçün bura kommunal və yol xətləri çəkmək yüksək xərc tələb edir. Üstəlik bu asan başa gəlmir. İnsanların da tələbləri dəyişir. Bu da onların yaşadıqları məkana təsir edir.

Tahir Rzayev onu da qeyd edib ki, hazırda azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri başlanılıb. Bu digər ərazilərə də şamil edilməkdədir. Həm də, hava şəraiti də bu ərazilərdə yaşamaq üçün problemdir. Biz çalışmalıyıq ki, bu ərazilər tam standartlara cavab versin.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər