Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-İsmayıllı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu haqda ShimalNews 11 iyul tarixində agentliyə istinadən məlumat verir.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 5 Lot üzrə avqustun 20-də baxılacaq. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.