top
“Atlant”ın adı hallanan cinayət işi davam edir
10 oktyabr 2024, 16:03
- +

“Atlant”ın adı hallanan cinayət işi davam edir

Nabranda yerləşən “Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə prosesin davam etdiriləcək.

“Musavat.сom”-un məlumatına görə, proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Hazırki prosesdə şahidlərin dindirilməsi mərhələsi baş tutacaq.

Sonuncu prosesdə hakim qarşısına 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunan T.Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.

Xatırladaq ki, bundan öncə təqsirləndirilən şəxs bildirib ki, 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli miqdarda vəsaitləri qayınatasına ötürüb. Həmin vəsait “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırılıb. Bu zaman tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb. İş adamlarına borcları ödəmək üçün “Atlant” satışa çıxarılıb. Lakin Tahir Qədəşov son anda müştəriyə imtina edib.

Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq.

Tahir Qədəşov şahid qismində dindirilib. O, sərbəst ifadəsində dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da təsisçi olduğunu desə də, baş verənlərdən xəbərsiz olduğunu isbatlamağa çalışıb. Lakin hakimin, vəkillərin və həbsdə olan kürəkəni Nofəl Hacıyevin suallarına T.Qədəşov adekvat cavablar verməkdən yayınıb. Məsələn, o, “Atlant”a yatırılan vəsaitlərin “Təbriz” MTK-dan əldə olunub olunmaması barədə konkret cavab vermək istəməyib.

Zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.

“Atlant” böyük istirahət kompleksdir. Müstəqil qiymətləndiricilər onun hazırda 80-100 milyon manat bazar qiyməti olduğunu bildirirlər.

Son xəbərlər

Hadisə
Bu gün, 15:09

Şəkidə fərdi yaşayış evi yandı – ev sahibəsi xəsarət aldı - FOTO

Cəmiyyət
Bu gün, 14:59

Xaçmazda məktəb ətrafında piyada zolaqları yoxdur – Valideynlər narahatdır

İqtisadiyyat
Bu gün, 14:03

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

İdman
Bu gün, 13:33

"Qəbələ"nin yeni baş məşqçisinin köməkçisi bəlli oldu

Siyasət
Bu gün, 13:00

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

İqtisadiyyat
Bu gün, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Cəmiyyət
Bu gün, 11:46

Qəbələ və Zaqatala üçün yeni beynəlxalq hava marşrutu

Cəmiyyət
Bu gün, 11:11

Xaçmazda kənd yolunun kənarı zibilliyə çevrilir – Sakinlər narazıdır

Hadisə
Bu gün, 10:14

Zaqatalada güllə yarası almış kişi meyit tapıldı

Cəmiyyət
Bu gün, 09:47

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Oxşar xəbərlər