top
Arvadını özünəqəsd həddinə çatdıran şəxslə bağlı QƏRAR
03 mart 2025, 16:20
- ↺ +

Arvadını özünəqəsd həddinə çatdıran şəxslə bağlı QƏRAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sahil Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, 2022-ci ildə Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intihar edib. Hadisədən sonra M.Məmmədovanın əri – İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü S.Məmmədova cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində  uşaqlarından ayrı, şəraitsiz halda olan fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib.

Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndərmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.

Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.

M.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.

Göyçay Rayon Məhkəməsinin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər