Xaçmazda “Zəfər yürüşü” adlı tədbir keçirilib.
Shimal.News xəbər verir ki, 27 Sentyabr Anım Gününə həsr olunan tədbir Mədəniyyət Mərkəzində təşkil edilib. Burada İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və içtimaiyyət nümayəndələri yerli mədəniyyət işçilərinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompazisyaları dinləyiblər.
Tədbirdə çıxış edən qonaqlar ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini barədə bəhs ediblər.
Sonda iştirakçılara tarixi qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdilib.