Xızı rayonu, Yuxarı Əngilan kəndindən Altıağac Milli Parkına keçən yanğının ocaq qalanma səbəbindən başladığı ehtimal edilir. Bu barədə ShimalNews 24 sentyabr tarixində FHN və ETSN-in Mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir.
Aparılan ilkin araşdırmaların nəticəsində müvafiq qurumların əməkdaşları əraziyə baxış keçiriblər, fotolar çəkilib, şahidlərin izahatları alınıb.
Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.