Xaçmazda avtomobil ana və qızını vurub. Shimal.News xəbər verir ki, 24 yaşlı A.Kərimova və 54 yaşlı T.Əskərova işdən gələrkən onları avtomobil vurub.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.
Shimal.News-un əldə etdiyi məlumata görə, yaralılar bildiriblər ki, bir neçə gün öncə Araz adlı şəxs onlara elçi göndərib. O, yox cavabı aldığı üçün ana və qızı işdən gələrkən avtomobillə vurub.
Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.