Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov İsmayıllıda vətəndaş qəbulu keçirəcək. Bu barədə ShimalNews 13 iyun tarixində məlumat verir.
Tədbir iyunun 14-ü saat 10:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada İsmayıllı, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından olan sakinlər iştirak edəcəklər.