İsmayıllı və Şabran rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
ShimalNews xəbər verir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində baş tutan aksiyalarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri, rayon sakinləri və könüllülər iştirak ediblər.
“Təmiz ölkəm” devizi altında keçirilən tədbirlərin məqsədi ictimaiyyətin ekoloji məsələyə diqqətinin artırılması, məsuliyyət hissinin aşılanması və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.