İsmayıllı şəhərində magistral kəmərlə suyun nəqli dayandırılsa da, su təchizatında fasilə yaranmayıb. Bu haqda ShimalNews 10 iyul tarixində xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb. Əhali İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına içməli su ilə təmin olunub.
İşlər artıq yekunlaşıb, şəhərin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.