Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisindəki "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğramasından 4 il keçir.
Shimal.News xatırladır ki, faciə 2021-ci il noyabrın 30-da, saat 10:40 radələrində təlim uçuşu zamanı baş verib. Qəza nəticəsində 14 yüksək rütbəli hərbi qulluqçu şəhid olmuş, 2 nəfər isə ağır yaralanmışdı.
Qəza zamanı şəhid olanlar:
polkovnik Fizuli Əli oğlu Cavadov
polkovnik Emil Nəzir oğlu Nəzirov
mayor Elmir Mircəlil oğlu Həsənov
mayor Elbrus Səmrəddin oğlu Əhmədov
mayor Emil Şahid oğlu Mayılov
mayor Murad Yaşar oğlu Məmmədov
mayor Emil Elman oğlu Əliyev
tibb xidməti kapitanı Ceyhun Xanlar oğlu Əhmədxanov
kapitan Cavid Əhliman oğlu Bayramlı
kapitan Xəyyam Əlixan oğlu Əliyev
kapitan Teymur Ənvər oğlu Qaraisayev
leytenant Abdulla Telman oğlu Süleymanov
baş leytenant Fərid Təyyar oğlu Nağıyev
işçi Elçin Fikrət oğlu Nəbiyev
Qəzadan sağ çıxanlar:
polkovnik-leytenant Emil Məmməd oğlu Cəfərov
kapitan Ramin Ramiz oğlu Ədilov
Şəhidlər arasında "işçi" kimi qeyd edilən Elçin Nəbiyev 1-ci Qarabağ müharibəsinin əfsanəvi pilotu, istefada olan polkovnik idi. O, DSX-də mülki əməkdaş kimi xidmət edirdi.