Xudat sakinləri mavi yanacaqla bağlı uzun müddətdir çətinliklər yaşayırlar. Bu barədə ShimalNew-a 16 yanvar tarixində izləyicilərimiz məlumat veriblər.
Məmmədəmin Rəsulzadə küçəsinin sakinləri bildirirlər ki, qışın soyuq çağında evlərini isidə bilmirlər. Mavi yanacaq təzyiqi o qədər aşağıdır ki, hətta çay dəmləmək üçün çox vaxt tələb olunur:
“Bütün bunlar yay aylarından başlayıb. O zaman günün ikinci yarısında 1-2 saatlıq xətlərdə təzyiq qalxırdı, sonra isə yenidən yox səviyyəsinə düşürdü. Bir də axşam eyni mənzərə təkrarlanırdı. İndi isə artıq dözülməz vəziyyət yaranıb”.