Xudat şəhərində yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan quyu açıq vəziyyətdədir. Bu barədə ShimalNews-a 9 iyun tarixində məlumat daxil olub.
Bu hal şəhərin M.F.Axundov küçəsində müşahidə olunur. Vətəndaşların sözlərinə görə, burada yağış barmaqlıqlar uzun illərdir ki,yoxdur.
“Bu yoldan çox sayda sakin və sürücü istifadə edir. Quyunun açıq olması təhlükədir. Axşam saatlarında bu quyuya ya maşının, ya da piyadaların düşməsi ehtimalı çoxdur”, – deyə sakin bildirib.