Xaçmazın Xudat şəhərində “Aztelekom” yeni nəsil internet xidmətini təqdim etmir. Bu barədə
“ShimalNews”-a müraciət edən sakinlər bildiriblər ki, onlara ilin əvvəlində sürətli xidmətdən yararlanacaqları vədi verilmişdi:
“Kəndlərdə yeni nəsil optik internet çəkilib, “Aztelekom” isə Xudatda hələ də fəaliyyət göstərmir. Yalnız köhnə ATS və ADSL istifadə etməyə məcburuq. Bundan istifadə edən bir neçə özəl şirkət at oynadır”, - deyə sakinlər bildirib.