Xudat şəhərində su borusu partlayıb. Bu haqda ShimalNews-a 21 oktyabr tarixində məlumat daxil olub.
Hadisə səhər saatlarında Molla Pənah Vaqif küçəsində baş verib. Sakinlər içməli su xəttinin zədələnməsini və yol boyu axdığını bildiriblər.
“Hər dəfə su küçələrə axanda müvafiq quruma müraciət edirik. Boru əsaslı təmir edilmir deyə, bu hal tez-tez təkrar olunur. Yol boyunca əmələ gəlmiş çuxurlar da su ilə dolur. Bu gölməçələri piyadalar necə keçsin?” - deyə sakin bildirib.
İzləyicimizin bizə göndərdiyi videonu sizinlə bölüşürük.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/10/Sequence-01_111.mp4"][/video]