Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisi qazlaşdırılmır. Bu barədə ShimalNews 27 iyun tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, “Azəriqaz” İB tərəfindən hər il vəd verilir: “Gələn il yaşayış məntəqəsi qazla təmin ediləcək”.
Uzun zamandır davam edən bu hal dəyişilməz olaraq qalır. Yalnız “5 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsi”nin inzibati binasına qaz xətti çəkilib.
Yaşayış məntəqəsində mövcud vəziyyəti əks etdirən yazılar olub. Qazın yoxluğu barədə məlumat sakinlər tərəfindən reklam bannerinin üzərində qeyd olunmuşdu, yazıları ləğv eləmək üçün plakat yerindən çıxarıldı. Yazı təkrarən birbaşa lövhəyə yazılandan sonra onu da götürdülər.
[caption id="attachment_43635" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]