Xaçmazda günorta saatlarından indiyədək elektrik təminatında fasilə yaranıb. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
Bildirilir ki, bu hal güclü külək səbəbindən yaranıb. Sakinlərin sözlərinə görə, artıq 5 saata yaxındır işıqsız qalıblar. Hər dəfə belə hava şəraiti olanda eyni vəziyyət təkrarlanır.