Xaçmazın 61-ci kvartalında işıq təminatında tez-tez fasilələrə görə sakinlər əziyyət çəkirlər. Bu barədə ShimalNews 6 dekabr Real TV-yə istinadən məlumat verir.
“Bu transformator 2012-ci ildə qoyulub. Camaatın öz hesabına gətirilib, kortəbii şəkildə hamısı birləşdirilib, aparılıb evlərinə. Baxın, yamaq-yamaq transformator. İndi 500-ə yaxın ailə yaşayır, 480 nağd köçən var buradan. Bu transformatorun gərginliyi evlərə tam çatdırılmır. Bizim məişət texnika sıradan çıxır, özü də gündə işığı bəlkə 15-20 dəfə yandırıb-söndürürlər. Bilmirəm, məişət texnikasının qəsdinə durublar, ya insanların”, - sakin Baloğlan Mənsimov bildirib.
Çətinliklə bağlı Xaçmaz Elektrik Şəbəkəsindən bildirildi ki, bununla bağlı idarəyə rəsmi müraciət daxil olmayıb. Buna baxmayaraq, tezliklə əraziyə baxış keçiriləcək və sakinləri narahat edən çətinlik həll ediləcək.