Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq. Bu barədə ShimalNews 4 mart tarixində məlumat verir.
Çarxı kəndi istiqamətində keçən 315 mm-lik yeraltı qaz xəttində sızmalar var. Bu səbəbdən bu gün saat 09:30-da mavi yanacaq təchizatının dayandırılması planlaşdırılır.