Xaçmaz şəhərində özü üçün zibillik, ətraf üçün isə antisanitar şərait yaradan şəxs ifşa ediləcək. Bu barədə ShimalNews 10 iyul tarixində şəhər İƏD-yə istinadən məlumat verir.
Hər gün şəxsi avtomobili ilə tullantıları eyni yerə gətirib atan şəxs nəzarətçi tərəfindən aşkar edilib. Lakin ona səsləniləndən sonra həmin şəxs nəqliyyat vasitəsinə minib və yayınıb.