Xaçmazda xeyli sayda tullantını yerə atan şəxs kameraya düşüb. Bu barədə ShimalNews 17 iyul tarixində məlumat verir.
Sosial şəbəkədə yayılan görüntülərdə iddia edilir ki, “Mercedes” markalı avtomobil yolun qırağında saxlayıb və həcmi iri olan zibili yerə atıb.
Həmin küçədə əvvəllər tullantılar üçün qutu var idi, lakin hazırda ərazidə bu məqsədlə nəzərdə tutulan yer ayrılmayıb. Öz növbəsində sakinlər həm bu haldan, həm də natəmizlik yaradan şəxslə bağlı narazılıqlarını bildiriblər.
[video width="638" height="360" mp4="https://shimal.news/storage/photos/2024/07/450629783_1534814504103282_5215381108399934022_n.mp4"][/video]