Xaçmaz şəhərində çoxmənzilli binanın qarşısında natəmizlik aradan qaldırılıb. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.
Ərazidəki zibil qutularının yanında tikinti materiallarının qalıqları toplanmışdı. Onların təmizlənməsi üçün şəhər İƏD tərəfindən texnika cəlb edilib və təmizlik işləri aparılıb.
Bu halla bağlı sakinlərə təmizliyə riayət etmələri barədə xəbərdarlıq edilib.