Xaçmazın bəzi ərazilərində içməli su qıtlığı yaşanır. Bu barədə ShimalNews 11 iyul tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, yay başlamazdan öncə su normal qaydada verilirdi. Fasilələr yaransa da, bir neçə saat ərzində təminat yaradılırdı. Artıq bir neçə gündür insanlar susuz qalıb. Səbəb kimi isə su ehtiyatlarının qeyri-bərabər bolündüyünü ehtimal edirlər.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaranmış vəziyyətlə bağlı bildirib:
“Su təchizatında yaranmış fasilənin aradan qaldırılması üçün müvafiq qaydada tədbirlər görülür”.