Xaçmaz şəhərində zibil torbasını tullantılar üçün qoyulmuş qutudan kənara atan şəxs cəzalandırılıb. Bu barədə ShimalNews 2 fevral tarixində İƏD-ə istinadən məlumat verir.
Vətəndaş Bakı prospektində piyada səkisini çirkləndirən zaman nəzarətçi tərəfindən yaxalanıb. Onun barəsində akt tərtib olunub və cərimə olunması üçün polis şöbəsinə təqdim ediləcək.
Həmin şəxs dünən xəbərdarlığın yayımlanmasından məlumatsız olduğunu bildirib. Ona bir daha bu haqda yazılı akt təqdim edilib.
Ətraf mühiti bu cür zibilləyənlər İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsinə əsasən, 50 manat məbləğində cərimə edilirlər. Eləcə də onların adlarının “qara siyahı”ya salınaraq sosial şəbəkələrdə ictimaiyyətə təqdim olunacağı nəzərdə tutulub.